• Cəmiyyət • Gündəm

Komendant saatında avtomobillər belə yoxlanılır - DİN-dən açıqlama

179
1-10-2020, 17:43

Ölkəmizdə komendant saatının tətbiq olunduğu şəhər və rayonlarda polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə saat 21:00-dan ertəsi gün 06.00-dək xidmət aparır.  

Daxili İşlər Nazirliyindən BAKU.NEWS-a verilən məlumata görə, komendant saatının tətbiq olunduğu müddətdə piyadaların, sürücü və sərnişinlərin sənədləri yoxlanılır, avtomobillərin yük yerinə baxış keçirilir.

Hərəkətinə müvafiq icazəsi olmayan şəxslər barədə qanunvericliyin tələblərinə uyğun olaraq tədbir görülür.

FACEBOOK ŞƏRH YAZ