• Siyasət • Dünya • Gündəm

Tramp üçüncü dəfə Nobel mükafatına namizəd göstərildi

162
30-09-2020, 09:29

ABŞ Prezidenti Donald Tramp yenidən “Nobel Sülh Mükafatı”na namizəd göstərilib.

BAKU.NEWS xəbər verir ki, onun namizədliyi “Tramp Doktrina”sına görə irəli sürülüb.

Professor David Flint bildirib ki, Trampın sağlam düşüncəsi var və yalnız milli maraqları rəhbər tutur: “Onun sayəsində Amerika artıq sonsuz müharibələrə qarışmayacaq”.

O, əlavə edib ki, Tramp İsraillə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin qurulmasında çox mühüm işlər görüb, Yaxın Şərqi sabitlik və rifah bölgəsinə çevirib.

“Ən əsası, ABŞ-ı Orta Şərqin enerji asılılığından qurtarıb”.

FACEBOOK ŞƏRH YAZ