• Cəmiyyət • Sosial • Gündəm

“Ərzaq təhlükəsizliyinin tam təmin olunması üçün çalışırıq”

157
29-09-2020, 16:35

“Vətəndaşlarımızı narahat edən məsələlər var. Ərzaq təhlükəsizliyinin tam təmin olunması üçün çalışırıq”.

BAKU.NEWS xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Tərtərdə hərbi vəziyyətdə ölkədə ərzaq təhlükəsizliyinin təminatı barədə danışarkən deyib. O xatırladıb ki, Azərbaycanda hərbi vəziyyət elan olunub, Ordumuz tərəfindən əks-həmlə hücumları həyata keçirilir:

“Ön cəbhədə olduğu kimi, arxa cəbhədə də işlər görülür. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları olaraq arxa cəbhədə fəaliyyətin qurulması məqsədilə bölgələrdə, xüsusilə də təmas xəttinin atəşə tutulduğu yerlərdə monitorinqlər aparırıq. Fermerlərimiz məsuliyyəti tam dərk edirlər. Hərbi vəziyyətin elan edilməsi həm də məhsul yığımının aktiv dövrünə təsadüf edir”. 

FACEBOOK ŞƏRH YAZ