• Qarabağ • Gündəm • Hərbi

Ermənistan Ordusunun 84 hərbçisi məhv edildi

332
29-09-2020, 00:53

Ermənistan Ordusu verdiyi itkilərin sayını açıqlamaqda davam edir.

BAKU.NEWS Ermənistan KİV-nə istinadən xəbər verir ki, məhv edilən daha 26 düşmən hərbçisinin adı məlum olub.

Onların bu gün Azərbaycan Ordusu tərəfindən məhv edilən hərbçilərin yalnız bir qismi olduğu vurğulanıb.

Beləliklə, Ermənistan Ordusunun verdiyi itkilər rəsmi olaraq 84 nəfərə çatıb. Düşmənin ölən hərbçilərinin sayının daha da çox olduğu, yaralı sayının isə 500-ü keçməsi barədə məlumatlar var.

FACEBOOK ŞƏRH YAZ