• Siyasət • Qarabağ • Gündəm

BMT-nin Baş katibi İlham Əliyevə zəng edib

185
28-09-2020, 21:13

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

BAKU.NEWS TASS-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyüjarrik keçirdiyi brifinqdə bildirib.

“BMT-nin Baş katibi Antonio Quterreş tərəfləri ilkin şərt olmadan hərbi əməliyyatlara son qoyulmasına, ATƏT-in Mnisk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqların davam etdirilməsinə çağırıb”, - deyə rəsmi nümayəndə söyləyib.

Stefan Dyüjarrik əlavə edib ki, BMT-nin Baş katibi həmçinin yaxın zamanda Ermənistanın baş naziri Nikol Paşinyana da zəng edəcək.

FACEBOOK ŞƏRH YAZ