• Cəmiyyət • Hadisə • Gündəm

Bakıda iki avtomobil toqquşub, ölən və xəsarət alan var

218
28-09-2020, 02:22

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

BAKU.NEWS APA-ya istinadən xəbər verir ki, hadisə Zirə qəsəbəsində qeydə alınıb.

Zirə dairəsində "BMW" və "NAZ" markalı avtomobillər toqquşub. Qəza zamanı "NAZ"-ın sürücüsü hadisə yerində dünyasını dəyişib.

BMW-in sürücüsü 30 yaşlı Ağamaliyev Fərid Zabit oğlu ağır xəsarət alıb. Yaralı ağır xəsarət alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

FACEBOOK ŞƏRH YAZ