• Siyasət • Cəmiyyət • Gündəm

“Abşerondan kənara çıxmayın!” - ABŞ səfirliyindən vətəndaşlarına xəbərdarlıq

266
25-09-2020, 22:37

ABŞ səfirliyi Azərbaycanda yaşayan amerikalılara xəbərdarlıq edib.

BAKU.NEWS xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsi məlumat yayıb.

Məlumatda deyilir:

ABŞ-ın Azərbaycandakı səfirliyi ABŞ vətəndaşlarını gərginliyin artması və Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində baş verən son hadisələrlə əlaqədar Abşeron yarımadası xaricində vacib olmayan səyahətlərdən qaçmağa çağırır. ABŞ-ın Bakıdakı səfirliyi səfirlik işçilərinə və onların ailə üzvlərinə Abşeron yarımadasından kənarda səyahət etməməyi tapşırıb.

ABŞ vətəndaşlara son hadisələri bilmək üçün yerli medianı izləməyi tövsiyə edilir ABŞ səfirliyi ABŞ vətəndaşlarını ictimai yerlərdə ehtiyatlı davranmağa və hər hansı yarana biləcək nümayişdən uzaq olmağa çağırır. Səfirlik təhlükəsizlik vəziyyətini izləməyə və ehtiyac olduqda əlavə məlumat verməyə davam edəcək.

❗️❗️🇺🇸 Information for American citizens: The U.S. Embassy in Azerbaijan urges U.S. citizens to reconsider...

Posted by U.S. Embassy Baku / ABŞ-ın Azərbaycandakı Səfirliyi on Friday, September 25, 2020
FACEBOOK ŞƏRH YAZ