• Siyasət • Gündəm

Aİ Azərbaycan və Ermənistanı danışıqlara qayıtmağa çağırıb

178
25-09-2020, 12:21

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycanda səfərdədir.

BAKU.NEWS xəbər verir ki, o, bu barədə “Twitter” hesabında yazıb.

“Görüşlər keçirmək üçün iki günlüyə Bakıya gəlmişəm. Avropa İttifaqı Cənubi Qafqazda sülh və sabitliyin olmasında son dərəcə maraqlıdır. Gərginliyi azaltmaq və ATƏT-in Minsk qrupunun həmsədrlərinin rəhbərliyi altında mahiyyət etibarilə ilkin şərtlər olmadan danışıqlar prosesinə qayıtmaq vacibdir”, - xüsusi nümayəndə vurğulayıb.

FACEBOOK ŞƏRH YAZ