• Siyasət • Gündəm

Trampı zəhərləmək istəyən şəxslə bağlı yeni faktlar məlum olub

23-09-2020, 09:24

Kanada-ABŞ sərhədində zəhərli maddə ilə dolu məktubun göndərilməsi ittihamı üzrə saxlanılan qadın ABŞ prezidenti Donald Trampı noyabrın 3-də nəzərdə tutulmuş seçkilərdə öz namizədliyini geri götürməyə çağırıb.

BAKU.NEWS xəbər verir ki, bu barədə Nyu-York ştatının qərb dairəsi üzrə federal dairə məhkəməsinin materiallarına istinadən “Associated Press” bildirib.

Məhkəmə materiallarına əsasən, Kanadanın 53 yaşlı sakini Paskal Ferer ABŞ liderinə "təslim olmaq və prezident seçkilərində namizədlikdən imtina etmək" tələbi ilə müraciət edib. Bu halda o qeyd edib ki, məktub "xüsusi hədiyyə"dən ibarətdir. "Əgər o həyata keçməsə, qadın zəhərin daha effektiv reseptini seçəcək və nə vaxt gələ bilsə, silahdan istifadə edəcək”.

Agentliyin ABŞ-ın Federal Təhqiqatlar Bürosuna istinadən məlumatına görə, Kanadadan göndərilmiş digər altı analoji məktub sentyabrda Texas ştatında ələ keçib. Həmin məktublarda Fererin barmaqlarının izləri aşkar edilib. Lakin məktublarda zəhərli maddələrin olub-olmadığı açıqlanmır.

Qadın tezliklə məhkəmə qarşısına çıxarılacaq.

Daha əvvəl bildirilirdi ki, ABŞ sərhədçiləri Birləşmiş Ştatların prezidentinə zəhərli bağlama göndərən şəxsi yaxalayıblar.

FACEBOOK ŞƏRH YAZ