• Cəmiyyət • Gündəm

Rusiya İstintaq Komitəsi Paşayevlə maraqlanır

534
22-09-2020, 09:34

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin eks-vəkil Elman Paşayevin “mümkün hüquqazidd əməlləri” haqda KİV-in məlumatlarını yoxlamağı tapşırıb. 

BAKU.NEWS bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

Qurumun saytında göstərildiyi kimi, əsaslar olduğu halda cinayət işi qaldırılmalıdır.

Qeyd edilir ki, Paşayev, ola bilsin, Moskvada bir ailənin mənzili ilə bağlı dələduzluq edib. KİV-in məlumatına görə, o, mənzildə saxta yolla qeydiyyatdan keçib, sonra isə onu özəlləşdirib.

Paşayev isə “RİA Novosti”yə bildirib  ki, onun bu işlərə heç bir aidiyyəti yoxdur və yoxlamadan qorxmur.

FACEBOOK ŞƏRH YAZ