• Gündəm • Hava

Güclü külək əsəcək, intensiv yağış yağacaq - Xəbərdarlıq

177
18-09-2020, 14:40

Bakıda və Abşeron yarımadasında sentyabrın 19-u gündüzdən 20-si səhərədək şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.NEWS-a verilən məlumata görə, sentyabrın 19-da Azərbaycanın bəzi rayonlarında qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarda arabir 35 m/s-dək güclənəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

FACEBOOK ŞƏRH YAZ