• Mədəniyyət • Şou-biznes • Gündəm

Azərbaycan “Eurovision”da iştirakını təsdiqlədi

1 128
18-09-2020, 11:20

Azərbaycanın “Eurovision-2021” mahnı müsabiqəsində iştirakı təsdiqlənib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən BAKU.NEWS-a verilən məlumata görə, gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.

18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq "Eurovision-2021" mahnı müsabiqəsində ölkəmizi Efendi (Samirə Əfəndiyeva) təmsil edəcək.
Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Eurovision"un Azərbaycanda rəsmi yayım hüququ İTV-yə məxsusdur. 
Yarışmanın Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.

FACEBOOK ŞƏRH YAZ