• Dünya • İdman • Gündəm

WADA-nın sabiq prezidenti vəfat etdi

364
12-09-2020, 12:37

Ümumdünya Antidopinq Agentliyinin (WADA) sabiq prezidenti Con Feyhi dünyasını dəyişib.

BAKU.NEWS WADA-nın rəsmi saytına istinadən xəbər verir ki, funksioner 75 yaşında Avstraliyada vəfat edib.

Qeyd edək ki, Con Feyhi 2008 - 2013-cü illərdə WADA-nın prezidenti olub. Ondan sonra bu vəzifəyə britaniyalı Kreyq Ridi keçib.

FACEBOOK ŞƏRH YAZ