• Dünya • Mədəniyyət • Gündəm

Azərbaycanlı rejissor və aktyorlar Venesiyada qırmızı xalıda

1 062
12-09-2020, 10:34

Xəbər verdiyimiz kimi, azərbaycanlı rejissor Hilal Baydarovun “In Between Dying” filmi (“Səpələnmiş ölümlər arasında”) Venesiya Film Festivalına qatılıb.

BAKU.NEWS xəbər verir ki, filmin rejissoru Hilal Baydarov, baş rol ifaçıları Orxan isgəndərli, Rəna Əsgərova bu gün festivalın qırmızı xalısına çıxıb. Onları festivalın direktoru Alberto barbera müşayiət edib.

Qeyd edək ki, Azərbaycan filminin premyerası 2-12 sentyabr tarixlərində keçirilir. Azərbaycanla ABŞ-ın birgə istehsalı olan ekran işində Məryəm Nağıyeva, Mürvət Əbdüləzimov, Kamran Hüseynov və Samir Abbasov da çəkiliblər.

“In Between Dying” əsas müsabiqəyə daxil olan 18 layihədən biridir.

FACEBOOK ŞƏRH YAZ