• İdman • Gündəm

MDB Oyunları bu il keçirilməyəcək

919
4-09-2020, 17:07

Bu il Rusiyanın Kazan şəhərində keçirilməli olan MDB ölkələri Oyunları təxirə salınıb.

BAKU.NEWS TASS-a istinadən xəbər verir ki, bu barədə Tatarıstanın İdman naziri Vladimir Leonov jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, təşkilatçılar yarışın 2021-ci ilə qədər təxirə salınması barədə qərar verib.

Qeyd edək ki, MDB ölkələrinin Oyunları 20 - 27 avqustda keçirilməli idi və daha əvvəl sentyabra təxirə salınmışdı. Yarışda Azərbaycan da daxil olmaqla, MDB-nin 11 ölkəsindən yaşı 14 - 23 yaş arası olan 3 500 idmançı iştirak edəcək. Turnirin proqramına 21 idman növü salınıb. Oyunlarda 230 dəst medal sahibini tapacaq.

FACEBOOK ŞƏRH YAZ