• İdman • Gündəm

"Neftçi" yeni əməkdaşlıq müqaviləsi imzaladı

900
4-09-2020, 17:03

"Neftçi” Peşəkar Futbol Klubu ilə "Meqa Sığorta” ASC arasında 2019-cu il yanvarından etibarən başlayan brend əməkdaşlığının müddəti uzadılıb.

Klubdan BAKU.NEWS-a verilən məlumata görə, paytaxt təmsilçisi ilə şirkət arasında bununla bağlı razılıq əldə edilib və daha bir il müddətinə əməkdaşlıq sazişi imzalanıb.

Müqavilənin şərtlərinə əsasən, "Neftçi”nin əsas və əvəzedici heyətinin oyun formalarında "Meqa Sığorta” ASC-nin loqosu əksini tapacaq.

Həmçinin klub tərəfindən qarşı tərəfin təbliğatı istiqamətində müxtəlif reklam xidmətləri göstəriləcək. "Meqa Sığorta” ASC isə bunun qarşılığında kluba maddi dəstək verəcək və müxtəlif sığorta xidmətləri göstərəcək.

FACEBOOK ŞƏRH YAZ