• Dünya • İdman • Gündəm

Azərbaycan millisində oynamış futbolçu Ermənistan klubunda

978
3-09-2020, 16:39

Vaxtilə Azərbaycan millisində çıxış etmiş və Rusiyada azərbaycanlı oyunçu kimi tanınan Maqomed Musalov Ermənistan klubu ilə müqavilə imzalayıb.

BAKU.NEWS “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dağıstan əsilli futbolçu “Pünik” klubuna keçib.

Rusiya və Ermənistan mətbuatı bu xəbəri “Azərbaycanlı futbolçu Ermənistan klubuna keçdi” başlığı ilə yayımlayıb.
Qeyd edək ki, Musalov Azərbaycan yığması ilə 3 dəfə təlim-məşq toplanışlarına dəvət alıb. O, həm U-19, həm U-21 yığmasının toplanışlarında olub.

Xatırladaq ki, bundan əvvəl milliləşdirilmiş dağıstanlı Şamil Qurbanov Ermənistanın “Uliss” klubuna yollanmışdı.

Fotoda Maqomed Musalovun 2012-ci ildə Azərbaycan U-21 yığmasına dəvət alması göstərilir.

FACEBOOK ŞƏRH YAZ