• Maliyyə • Gündəm

Gələn il məzənnə necə olacaq?

257
3-09-2020, 12:00

Makroiqtisadi  sabitliyin qorunması  məqsədilə  fiskal  və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi  sabit  qalacağını  dəstəkləyəcək.

BAKU.NEWS bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, makroiqtisadi  sabitliyin təmin olunması  və  həyata keçirilən iqtisadi  islahatlar, dollarlaşma  meyllərinin  səngiməsi və  sair digər amillər nəzərə alınaraq, 2021-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb. Eyni zamanda inflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyi baxımından makroiqtisadi risklərin reallaşmaması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə də müsbət təsir  göstərəcək.

FACEBOOK ŞƏRH YAZ