• Maliyyə • Sosial • Gündəm • Koronavirus

Koronavirus Fondundakı vəsait necə xərclənir?

153
29-08-2020, 12:06

“Koronavirusla bağlı yaradılmış Ehtiyat Fondu açıq şəkildə fəaliyyət göstərir”. 

BAKU.NEWS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O bildirib ki, Fonda vəsait köçürən vətəndaşların adları da qeyd olunub: “Bununla bağlı şuranın iclasları da keçirilib. Orada toplanmış vəsait də koronavirusla mübarizəyə həsr edilir. Gələcəkdə də görülən işlərlə bağlı ölkə ictimaiyyətinə əlavə məlumat verilməsi üçün çalışacağıq”. 

FACEBOOK ŞƏRH YAZ