• Siyasət • Qarabağ • Gündəm

Həmsədrlər yaxın vaxtlarda regiona səfər edəcək

290
26-08-2020, 16:02

Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri gələn ay Bakı və Yerevana səfər etməyi nəzərdə tutur.

BAKU.NEWS xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada keçirdikləri danışıqlardan sonra mətbuat konfransı zamanı bildirib.

“Bu səfərin gerçəkləşməsi üçün əvvəla vəziyyət normallaşdırılmalı, o cümlədən sərhəddəki toqquşmalara son qoyulmalıdır”, - rusiyalı nazir qeyd edib.

FACEBOOK ŞƏRH YAZ