• Maliyyə • Gündəm

Banklar buna görə növbəyə düzülüb

196
24-08-2020, 14:54

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən BAKU.NEWS-a verilən məlumata görə, 24.08.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb təklifdən 4,4 dəfə çox - 662,7 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.  

Nəticədə, hərrac zamanı AMB 150 mln. manat vəsait cəlb edib.

FACEBOOK ŞƏRH YAZ