• Cəmiyyət • Kriminal • Gündəm

Lotu Quli öldürüldü

479
20-08-2020, 08:10

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

BAKU.NEWS bildirir ki, "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Antalyada şam etdiyi zaman yaxınları tərəfindən sui-qəsdə məruz qalıb.

Loti Qulinin başından 4 güllə yarası aldığı bildirilir.  O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, onu öldürən şəxs də yaralanıb və hadisə yerindən qaçmağa müvəffəq olub. Ancaq cinayətkar Antalya-Dənizli yolunda polislər tərəfindən saxlanılıb.  

FACEBOOK ŞƏRH YAZ