• İqtisadiyyat • Maliyyə • Sosial • Gündəm

Bu sahədə işləmək istəyənlər xüsusi imtahan verəcəklər

613
14-08-2020, 01:08

Azərbaycanda ilk dəfə sığorta eksperti fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər xüsusi imtahan verəcəklər.

BAKU.NEWS xəbər verir ki, müstəqil ekspert statusu almaq istəyən şəxslər üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən imtahan təşkil ediləcək.

Artıq DİM namizədlərin imtahanlara səmərəli hazırlaşmasını təmin etmək məqsədilə imtahanın birinci mərhələsinin proqramlarını təqdim edib.

Proqramlarla (http://dim.gov.az/upload/iblock/c44/c448ea7aa51b5cd082690f94896cb47b.pdf) linki vasitəsilə tanış olmaq olar.

İmtahan iki mərhələdən ibarətdir. İmtahanın birinci mərhələsi sığorta və kənd təsərrüfatı sahəsi üzrə qanunvericiliyi, ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılmasına aid sualları, o cümlədən sertifikat növlərinə uyğun olaraq müvafiq sahədə ixtisas suallarını əhatə edir.

İmtahanın birinci mərhələsindən müvəffəqiyyətlə keçən şəxslər Aqrar Sığorta Fondu tərəfindən təşkil edilən təlimlərə cəlb olunacaqlar. Təlimlər bitdikdən sonra imtahanın ikinci mərhələsi keçiriləcək. İmtahanın ikinci mərhələsi təlim proqramına dair sualları əhatə edəcək. İmtahanın hər bir mərhələsi üzrə toplanması mümkün ümumi (maksimal) bal 120 baldır. İmtahanın birinci mərhələsi üzrə 60, ikinci mərhələsi üzrə isə 70 faiz nəticə əldə etmiş şəxs imtahanı müvəffəqiyyətlə keçmiş hesab olunur. İmtahanın hər bir mərhələsinin davametmə müddəti üç saatdır.

FACEBOOK ŞƏRH YAZ