• İdman • Gündəm

UEFA yığmalarımızın iştirak edəcəyi turnirlərlə bağlı qərar verdi

1 163
14-08-2020, 00:12

UEFA İcraiyyə Komitəsi gənclərdən ibarət milli komandalar arasında turnirlərin 2020/21-ci il mövsümü üçün tarixləri və müəyyən format dəyişiklikləri barədə qərarlar qəbul edib.

BAKU.NEWS xəbər verir ki, həmin qərarlarda bunlar qeyd olunub:

U-17 (qızlar)

Təsnifat mərhələsi 2021-ci il fevralın sonunda keçiriləcək (12 mini-turnir)
Elit-raund ləğv olunur və play-off oyunları ilə əvəzlənir
Play-off mərhələsi (14 komanda) 2021-ci il martın sonunda keçiriləcək
Final turniri təqvimə uyğun olaraq (Farer adaları, may 2021-ci il)

U-17 (oğlanlar)

Təsnifat mərhələsi 2021-ci il martın sonunda keçiriləcək (13 mini-turnir)
Elit-raund ləğv olunur
13 qrup qalibi 2 səpələnmiş komanda 2021-ci ilin mayında Kiprdə keçiriləcək final turnirinə vəsiqə qazanır.

U-19 (qızlar)

Təsnifat mərhələsi 2021-ci il fevralında keçiriləcək (12 mini-turnir)
Elit-raund ləğv olunur və play-off oyunları ilə əvəzlənir
Play-off mərhələsi (14 komanda) 2021-ci il aprelində keçiriləcək
Final turniri təqvimə uyğun olaraq (Belarus, iyul 2021-ci il)

U-19 (oğlanlar)

Təsnifat mərhələsi 2021-ci ilin martında keçiriləcək (13 mini-turnir)
Elit-raund ləğv olunur və play-off oyunları ilə əvəzlənir
Play-off mərhələsi (14 komanda) 2021-ci il mayın sonunda keçiriləcək
Final turniri təqvimə uyğun olaraq (Rumıniya, iyul 2021-ci il)

FACEBOOK ŞƏRH YAZ