• Dünya • Təhsil • Gündəm

Türkiyədə universitetlər oktyabrın 1-dən sonra açılacaq

347
13-08-2020, 23:53

Türkiyədə ali məktəblərin yeni tədris ilinə başlaması oktyabrın 1-dən sonraya nəzərdə tutulub.

BAKU.NEWS-un xəbərinə görə, bu barədə Türkiyə Ali Təhsil Şurasından bildirilib.

Qeyd olunub ki, yeni növ koronavirusla mübarizə tədbirləri ilə əlaqədar universitet yataqxanalarında tələbələrin sıx yerləşməməsi də nəzərə alınmaqla, universitetlərin 1 oktyabrdan sonra açılması tövsiyə olunub.

Qeyd edək ki, Türkiyə Səhiyyə Nazirliyi nəzdindəki Elm Qurumunun tövsiyəsi ilə dünən Təhsil naziri Ziya Səlcuk bütün orta məktəblərdə dərslərin onlayn şəkildə avqustun 31-dən fəaliyyətə başlayacağını deyib. Məktəblərin normal qaydada açılması isə sentyabrın 21-ə planlaşdırılır.

FACEBOOK ŞƏRH YAZ