• Dünya • Gündəm • Koronavirus

ÜST-dən koronavirusla bağlı son statistika

306
13-08-2020, 23:54

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 276 398 nəfər artaraq 20 439 814-ə yüksəlib. 

BAKU.NEWS bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 6 933 nəfər koronavirusun qurbanı olub. Bununla da koronavirusdan ölənlərin sayı 744 385-ə çatıb.

Qeyd edək ki, ÜST martın 11-də koronavirusu pandemiya elan edib.

FACEBOOK ŞƏRH YAZ