• İqtisadiyyat • Gündəm

"Rəvan Sığorta" əmlakının böyük hissəsini satıb

229
12-08-2020, 16:50

“Rəvan Sığorta” əmlaklarını satmağa başlayıb.

BAKU.NEWS xəbər verir ki, bu barədə “MediaPost”a sığorta şirkətindən bildirilib. Məlumata görə, şirkətə məxsus  ümumi  dəyəri 1.070 350 manat  olan Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 40 ünvanında, Koroğlu Rəhimov küçəsi 96,98 ünvanında və Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən 3 qeyri-yaşayış sahəsi Qasımova Nigar Vəzirxan qızına satılıb.

Sığorta şirkətinin “Sabah” İstehsalat Kommersiya Firmasının nizamnamə kapitalının 45%-ni təşkil edən payının 97.78% -ni təşkil edən və 660 026 manat məbləğində olan hissəsini “Nurgün Grup” MMM-yə, qalan 2.22% - lik payı  isə  15 000  manat məbləğində birdəfəlik ödəniş edilməklə Səfiyev Nicat Müşfiq oğluna satılıb.

Qeyd edək ki, bunun hesabına sığorta şirkətinin cəmi aktivləri 17,057 milyon manatdan  12,069 milyon manata qədər azalıb.

FACEBOOK ŞƏRH YAZ