• Təhsil • Gündəm

Şagirdlərin elektron yerdəyişməsi başlayır

250
11-08-2020, 19:52

Avqustun 12-dən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir.

Təhsil Nazirliyindən BAKU.NEWS-a verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

FACEBOOK ŞƏRH YAZ