• Gündəm • Bölgə

Qanunsuz fəaliyyət göstərən çayxana aşkar edilib

398
10-08-2020, 15:34

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən çayxana aşkar olunub.

DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan BAKU.NEWS-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən çayxananın xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub. Məkana baxış zamanı 10 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.

FACEBOOK ŞƏRH YAZ