• İdman • Gündəm

AFFA klublara toplar təqdim edib

1 280
10-08-2020, 15:03

Azərbaycan Premyer Liqasında çıxış edən hər bir kluba 2020/2021-ci il mövsümündə istifadə üçün AFFA tərəfindən 50 (əlli) ədəd top verilib.

BAKU.NEWS qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu, assosiasiya ilə Nike şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində gerçəkləşib.

Xatırladaq ki, mövcud əməkdaşlıq çərçivəsində ötən mövsüm də Peşəkar Futbol Liqasına və Premyer Liqa klublarına Nike topları təqdim olunub.

FACEBOOK ŞƏRH YAZ