• Dünya • İdman • Gündəm

Pirlo “Yuventus”un baş məşqçisi təyin edildi

1 232
8-08-2020, 22:53

İtaliyanın “Yuventus” klubunun yeni baş məşqçisi müəyyənləşib.

BAKU.NEWS klubun rəsmi saytına istinadən xəbər verir ki, bu posta Turin təmsilçisinin sabiq futbolçusu Andrea Pirlo gətirilib.

41 yaşlı mütəxəssis bu gün istefaya göndərilən Mauritsio Sarrini əvəzləyib.

Onun müqaviləsi 2022-ci ilin yanına qədər nəzərdə tutulur.
Qeyd edək ki, Andrea Pirlo 2011-2015-ci illərdə "Yuventus"da çıxış edib. Sabiq yarımmüdafiəçi Turin klubu ilə 4 dəfə İtaliya çempionu olub.

FACEBOOK ŞƏRH YAZ