• Dünya • Hadisə • Gündəm

Beyrutda etirazlar: Parlament və XİN-nin binası ələ keçirildi - FOTOLAR

258
8-08-2020, 21:05

Beyrutda hökumət əleyhinə keçirilən mitinqlər davam edir.

BAKU.NEWS xəbər verir ki, nümayişçilər parlamentin binasına doğru irəliləyib və onlardan bəzisi qanunverici orqanın binasına daxil olub. Polis iştirakçılara qarşı bibər qazından istifadə edib.

Şəhərin digər istiqamətində, Əşrəfiyyə bölgəsində nümayişçilər Livan Xarici İşlər Nazirliyinin binasına daxil olaraq binanı ələ keçiriblər. Nümayişçilər Xarici İşlər Nazirliyinin binasını qərargah elan ediblər. Hazırda polislər etirazçılarla danışıqlar aparır.

Qeyd edək ki, avqustun 4-də Beyrutda baş vermiş partlayışdan sonra Livanın paytaxtında əhali küçələrə çıxıb. Nümayişçilər hökumətin istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

FACEBOOK ŞƏRH YAZ