Salyan rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən restoran aşkar olunub.
DİN-in mətbuat xidmətindən BAKU.NEWS-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Salyan şəhəri Ələt-Astara yolunun 55-km yerləşən “Tut ağacı” kafesinin sərtləşdirilmiş karantin rejimi dövründə qanunsuz fəaliyyət göstərməsi müəyyən edilib. Obyektə baxış zamanı karantin rejimi qaydalarını pozduğuna görə Salyan şəhər sakinləri Aləddin Tağıyev, Elman Rzayev, Şamil Axundov, Səbuhi Nəsirov, Müşfiq Səmədov, Həsən Həsənov, Murad Qurbanov, Vaqif Zərbəliyev, Azər Qurbanov və Əlipaşa Abasov saxlanılaraq Salyan Rayon Polis Şöbəsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan ümumilikdə 10 barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada 200 manat məbləğində cərimə olunublar. Obyekt sahibi və müştərilərə ciddi xəbərdarlıq edilib və bildirilib ki, xüsusi karantin rejimi dövründə növbəti belə halın təkrarlanacağı təqdirdə onları inzibatı qaydada həbs cəzası gözləyəcək.
• Cəmiyyət
• Hadisə
• Gündəm
Daha bir gizli fəaliyyət göstərən restoran aşkarlandı

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Prezident 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib - FOTO
-
Klublararası dünya çempionatının püşkü atıldı
-
İstanbul aeroportu Avropada birincidir
-
Britaniyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb
-
"ABŞ Çinin uyğurlara qarşı addımlarını "soyqırımı" hesab edir" - Pompeo
-
UNWTO-ya baş katib seçilib
-
Türkiyədə koronavirusla bağlı son vəziyyət
-
İran Trampa və amerikalı məmurlara qarşı sanksiya tətbiq etdi
-
Çavuşoğlu iranlı həmkarı ilə telefonla danışdı
-
İnam Kərimov onlayn müşavirə keçirdi
-
Rusiya və Azərbaycan minaaxtaranları Qarabağda 210 mina zərərsizləşdirib - FOTOLAR
-
Bölgələrə qar, Bakıya sulu qar yağıb - FAKTİKİ HAVA