• Dünya • Hadisə • Gündəm

Livanın Səhiyyə naziri: "Partlayışda azı 73 nəfər ölüb, 3,7 mindən çox yaralı var" - YENİLƏNİB/VİDEO

417
5-08-2020, 01:37

Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində azı 73 nəfər ölüb, 3,7 mindən çox insan isə xəsarət alıb.

BAKU.NEWS xəbər verir ki, bu barədə "LBC" telekanalı ölkənin Səhiyyə naziri Hamad Hassana istinadən öz "Twitter" səhifəsində məlumat yayıb.

*Saat 00:30

Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.

BAKU.NEWS xəbər verir ki, bu barədə məlumatı "Al Jazeera" telekanalı ölkənin Səhiyyə naziri Hamad Hassana istinadən yayıb.

Məlumata görə, 3,7 mindən çox insan da xəsarət alıb. Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.

*Saat 23:48

Livanda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri keçib.

BAKU.NEWS xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı "Twitter" vasitəsilə məlumat yayıb. Məlumata görə, 2750 nəfər də xəsarət alıb.

"Al Jazeera" telekanalı isə bildirir ki, ölkənin Səhiyyə naziri Hamad Hassan azı 40 nəfərin öldüyünü, azı 2500 nəfərin də yaralandığını təsdiqləyib. Nazirin sözlərinə görə, ölənlərin arasında tibb işçiləri və həkimlər də var. O, ölü və yaralı sayının artacağını istisna etməyib.

*Saat 22:58

Livanın paytaxtı Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

BAKU.NEWS "Al Hadath" telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Hamad Hassan bildirib. Onun sözlərinə görə, insident nəticəsində azı 30 nəfər ölüb, 2,5 mindən çox insan xəsarət alıb.

Partlayışzamanıyüzlərləinsanın yaralandığını Qırmızı Xaç Cəmiyyətinin Livan ofisi də təsdiqləyib. Ofisin bildirdiyinə görə, partlayış nəticəsində 2,2 min insan xəsarət alıb. Ancaq bunun da son rəqəm olmadığı qeyd edilir.

“Al Jazeera” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, hazırda Beyrut xəstəxanaları yaralılarla dolub. Yer çatışmazlığından yaralılar Beyrutdan kənardakı xəstəxanalara göndərilir.

Hazırda insidentin səbəbləri dəqiqləşdirilir. Ehtimallar arasında terror aktı da araşdırılır.

Qeyd edək ki, partlayışdan sonra bir çox ölkələr (ABŞ, İsrail, Rusiya, Qətər və b.) Livana humanitar yardım göndərməyi təklif edib.

*Saat 22:17

Beyrutda baş vermiş partlayış nəticəsində azı 10 nəfər ölüb.

BAKU.NEWS xəbər verir ki, bu barədə “Reuters” agentliyi Livan təhlükəsizlik qüvvələri və səhiyyə xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl “Al Arabiya” telekanalı partlayışda azı 6 nəfərin öldüyünü bildirmişdi.

Partlayış nəticəsində yüzlərlə yaralının olduğu da deyilir.

“Sky News Arabia” telekanalı paytaxt qubernatoruna istinadən xəbər verib ki, yanğından mühafizə briqadalarından biri ilə əlaqə kəsilib, onların yeri məlum deyil.

*Saat 20:45

Livanın paytaxtı Beyrutda baş verən partlayış nəticəsində azı altı nəfər ölüb.

BAKU.NEWS xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

“Bir qədər əvvəl Livan paytaxtının limanında pirotexnika anbarında baş vermiş partlayış bölgəsində altı nəfərin cəsədi tapılıb”, - deyə telekanalın məlumatında deyilir.

*Saat 19:56

Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güclü partlayış baş verib.

BAKU.NEWS “TASS”-a istinadən xəbər verir ki, partlayışın dalğası Livan paytaxtında yaşayış sahələrinə də təsir edib. Bəzi evlərə və ofislərə ziyan dəyib. İlkin məlumata görə, onlarla insan xəsarət alıb.

Partlayışın səbəbləri hələ ki müəyyən edilməyib.

“Al Hadath” telekanalının bildirdiyinə görə, dəniz limanı ərazisinə raket zərbəsinin endirilməsi istisna olunmur. “Al Mayadeen” telekanalı isə partlayışın pirotexnika anbarında baş verdiyini bildirib.

FACEBOOK ŞƏRH YAZ