• Cəmiyyət • Gündəm

Bugünə kimi hansı deputatlar vəfat edib?

199
4-08-2020, 17:14

Bu gün VI çağırış (2020-ci il) Milli Məclisin deputatı Fəttah Heydərov 82 yaşında vəfat edib.

BAKU.NEWS xatırladır ki, Milli Məclisin əvvəlki çağırışlarında da deputatı statusunu daşıyarkən vəfat edənlər olub.

Milli Məclisin deputatı status daşıdığı zaman vəfat edən ilk şəxs I çağırış (1995-ci il) zamanı 54 saylı Balakən seçki dairəsindən deputat seçilmiş Əli Ansuxski olub. Əli Əbdülqədir oğlu Ansuxski 1996-cı ilin fevral ayının 26-da Bakıda yaşadığı evin qarşısında sui-qəsd nəticəsində 49 yaşında öldürülüb.

I çağırış Milli Məclisin deputatı, akademik Ziya Bünyadov 1997-ci ilin fevral ayının 21-də yaşadığı evin qarşısında sui-qəsd nəticəsində 73 yaşında öldürülüb.

I çağırış Milli Məclisin deputatı, iqtisad elmləri doktoru Sofiq Hüseynov 1997-ci ilin dekabr ayının 30-da 47 yaşında vəfat edib.

I çağırış Milli Məclisin deputatı, xalq yazıcısı Yusif Səmədoğlu 1998-ci ilin avqust ayının 17-də 62 yaşında vəfat edib.

I çağırış Milli Məclisin deputatı, tarix elmləri doktoru Səfiyar Musayev 1999-cu ilin yanvar ayının 6-da 63 yaşında vəfat edib.

I çağırış Milli Məclisin deputatı, fizika-riyaziyyat elmləri doktoru, akademik Fəraməz Maqsudov 2000-ci ilin iyul ayının 30-da 70 yaşında vəfat edib.

II çağırış Milli Məclisin deputatı, hüquq elmləri doktoru Zakir Zeynalov 2000-ci ilin dekabr ayının 6-da 61 yaşında vəfat edib.

II çağırış Milli Məclisin deputatı Samir Novruzov 2001-cü ilin sentyabr ayının 24-də 63 yaşında vəfat edib.

II çağırış Milli Məclisin deputatı Şadman Hüseynov 2003-cü ildə 58 yaşında vəfat edib.

II çağırış Milli Məclisin deputatı, professor Şamil Qurbanov 2004-cü ilin yanvar ayının 16-da 70 yaşında vəfat edib.

II çağırış Milli Məclisin deputatı, tibb elmləri doktoru İbrahim İsayev 2004-cü ildə 67 yaşında vəfat edib.

III çağırış Milli Məclisin deputatı, xalq artisti Mikayıl Mirzə 2006-cı ilin iyun ayının 3-də 59 yaşında vəfat edib.

IV çağırış Milli Məclisin deputatı Hikimət Atayev 2013-cü ilin mart ayının 7-də 60 yaşında nəqliyyat qəzası zamanı vəfat edib.

V çağırış Milli Məclisin deputatı Astan Şahverdiyev 2018-cü ilin aprel ayının 15-də 71 yaşında vəfat edib.

FACEBOOK ŞƏRH YAZ