• Cəmiyyət • Gündəm

Bakıda istifadəyə yararlı çimərliklər - SİYAHI

270
4-08-2020, 16:32

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çimərliklərdə monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.NEWS-a verilən məlumata görə, aparılan monitorinq və araşdırmaların nəticələrinə görə Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır.

Hazırda Xəzər dənizinin digər çimərliklərində də monitorinq və araşdırmalar davam etdirilir.

FACEBOOK ŞƏRH YAZ