• Dünya • Texnologiya • Gündəm

Almaniyada uçan taksilər sınaqdan keçirildi - VİDEO

1 030
4-08-2020, 01:00

Almaniyada uçan taksilərin sınaqlarına başlanılıb. Nəqliyyat vasitələri “CityAirbus” adlanır. Onlar distant idarə olunur və elektrik enerjisi ilə çalışırlar.

BAKU.NEWS bildirir ki, bu barədə “Travel and Leisure” yazıb.

Saatda 120 km ilə hərəkət edən uçan taksilər 4 nəfərədək sərnişini 100 kilometrədək məsafəyə daşıya bilirlər. Onların idarə olunması üçün sürücü tələb olunmur. Hər bir nəqliyyat vasitəsi propellerlərlə təchiz olunub. Onlar, demək olar, səssiz çalışır.

FACEBOOK ŞƏRH YAZ