Masallı və Cəlilabadda tibbi maskadan istifadə etməyənlər cərimələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.NEWS-a verilən məlumata görə, Masallı və Cəlilabad Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən qapalı məkanlarda təşkil olunan reyd zamanı gigiyenik vasitələrdən istifadənin zəruriliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb. Xüsusilə market və digər ticarət obyektlərində keçirilən tədbirlər zamanı vətəndaşların əksəriyyətinin tibbi maska ilə bağlı tələbə riayət etdiyi görünsə də, qaydalara, özünün və ətrafdakıların səhhətinə qarşı laqeydlik göstərənlərə də rast gəlinib. Reyd zamanı müştərilərlə yanaşı bəzi satıcıların da tibbi maskadan istifadə etmədiyi aşkar olunub. Bəzi şəxslərin isə tibbi maskanı tənəffüs yollarını örtəcək şəkildə istifadə etmədiyi, əlində gəzdirdiyi və yalnız polis əməkdaşlarını gördükdə istifadə etdiyi müəyyən edilib. Onlarla profilaktik söhbətlər aparılıb və bir daha koronavirus xəstəliyinin fəsadları barədə məlumat verilib. Polis əməkdaşları tərəfindən edilən profilaktik söhbətlərə və xəbərdarlıqlara rəğmən qaydaları pozan şəxslər barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilib və onlar cərimələniblər.
• Sosial
• Gündəm
• Bölgə
Masallı və Cəlilabadda tibbi maskadan istifadə etməyənlər cərimələnib - FOTOLAR

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Azad Rəhimovun komaya düşmə xəbərinə nazirlikdən açıqlama gəldi - YENİLƏNİB
-
İctimai nəqliyyat iki gün işləməyəcək
-
Ermənistanın baş virusoloqu ölkədən qaçdı
-
Peyvənddən sonra immunitet neçə gün müddətində yaranır?
-
Salyanın Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru saxlanılıb
-
Bill Qeyts koronavirusa qarşı peyvənd olundu
-
Baş Prokurorluq Masallıdakı əməliyyatla bağlı məlumat yaydı
-
Pentaqona ilk dəfə afroamerikalı rəhbərlik edəcək
-
Masallıda xəstəxanada əməliyyat keçirildi - Baş həkim saxlanıldı
-
Türkiyə daha bir ölkə ilə uçuşları dayandırdı
-
İnam Kərimov 13-cü Berlin Konfransında iştirak edib - FOTO
-
Yaqub Mahmudov vəzifəsindən azad edildi