• Dünya • Gündəm • Koronavirus

Moskvada koronavirusdan ölənlərin sayı 4 500-ə çatır

232
3-08-2020, 10:03

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 13 nəfər ölüb.

BAKU.NEWS-un "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 13 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin sayı 4 498 nəfərə çatıb.

FACEBOOK ŞƏRH YAZ