Kaliforniya vitse-qubernatoru Eleni Kunalakis 21 iyul tarixində Baş Konsulluq qarşısında erməni daşnakları tərəfindən dinc azərbaycanlılara qarşı həyata keçirilən vəhşilikləri pisləyən bəyanatla çıxış edib.
Bu barədə BAKU.NEWS-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
E. Kunalakis Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu qarşısında həyata keçirilən nümayişin zorakılığa çevrilməsi və insanların yaralanması ilə nəticələnməsindən məyus olduğunu bildirib.
O, hər kəsin öz fikrini ifadə etmək azadlığına sahib olduğunu, ancaq başqalarına qarşı zorakılığın yolverilməz olduğunu vurğulayıb.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev E. Kunalakisə sözügedən hadisə zamanı Azərbaycan icmasının üzvlərinə qarşı törədilmiş vəhşilikləri pislədiyi üçün təşəkkürünü bildirib. Baş konsul qeyd edib ki, bu cür vəhşiliklərə nə Kaliforniyada, nə də digər yerlərdə yol vermək olmaz.
Qeyd edək ki, erməni daşnaklarının Los Ancelesdəki bu zorakılığından sonra baş konsul N. Ağayev bir sıra yerli rəsmiləri bu haqda dərhal məlumatlandıraraq, onları bu zorakılığı pisləməyə çağırıb.
2019-cu ilin yanvarından Kaliforniya vitse-qubernatoru kimi çalışan E. Kunalakis ştatda bu vəzifəyə seçilən ilk qadındır. O, həmçinin 2010-2013-cü illərdə ABŞ-ın Macarıstanda səfiri vəzifəsində çalışıb.
• Siyasət
• Dünya
• Gündəm
Kaliforniyanın vitse-qubernatoru azərbaycanlılara qarşı vəhşilikləri pisləyib

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Ermənistanın AŞPA-nın qətnaməsinə düzəlişləri təşkilat tərəfindən rədd edilib
-
Qırğızıstanın sabiq Baş naziri saxlanıldı
-
Paşinyanın diplomatik pasportu oğurlanıb
-
ABŞ-ın yeni dövlət katibi bəlli oldu
-
Gürcüstanın XİN rəhbəri koronavirusa yoluxdu
-
Dünyanın ən bahalı brendi açıqlandı
-
AŞPA-ya ilk dəfə qadın baş katib seçildi
-
Hindistan “TikTok”u həmişəlik qadağan etdi
-
Oqtay Gülalıyevi vuran sürücü həbs edildi
-
Rusiya səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırıldı
-
Ermənilər Natavanın məzarını dağıdıb, sümüklərini aparıblar - FOTO/VİDEO
-
Ötən il Energetika Nazirliyinə 2566 müraciət daxil olub