• Dünya • İdman • Gündəm

"Tour de France" veloyarışının vaxtı açıqlandı

1 372
29-07-2020, 09:37

2021-ci ilin "Tour de France" veloyarışının keçirilmə tarixi açıqlanıb.

BAKU.NEWS-un məlumatına görə, bu barədə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) qərar qəbul edib.

Bildirilir ki, turnir gələn il 26 iyun - 18 iyul tarixlərində keçiriləcək.

Xatırladaq ki, "Tour de France" yarışı 1903-cü ildən keçirilir və "Jiro d'Italiya" və "Vuelta" ilə yanaşı ən nüfuzlu velosiped yarışlarından biridir.

FACEBOOK ŞƏRH YAZ