• Mədəniyyət • Gündəm

Zaur Darabzadə sədr təyin olundu

27-07-2020, 15:55

“CinemaPlus” kinoteatrlar şəbəkəsində rəhbərliyində yeni təyinat olub.

Bu barədə BAKU.NEWS-a “CinemaPlus” kinoteatrlar şəbəkəsindən məlumat verilib.

Qeyd olunub ki, “CinemaPlus” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ümumi yığıncağının qərarı əsasında Zaur Darabazadə Cəmiyyətin Müşahidə Şurasının sədri seçilib.

Qeyd edək ki, 2015-ci ildə Zaur Darabzadə Azərbaycanda regionun ilk müasir texnologiyalarla təchiz edilmiş “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub.

2018-ci ildən “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafı departamentinin direktoru olub.

FACEBOOK ŞƏRH YAZ