• Elm • Gündəm

Azərbaycanda 22 yeni seysmik stansiya quraşdırılacaq

138
22-07-2020, 14:11

“Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin Genişləndirilməsi” layihəsinin icrası ilə tərəfdaş ölkələr arasında videokonfrans keçirilib.

“Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin Genişləndirilməsi (Seismic Network Expansion in the Caucasus and Central Asia)” layihəsinin icrası ilə əlaqədar olaraq iyulun 22-də tərəfdaş ölkələrin müvafiq təşkilatlarının nümayəndələrinin videokonfransı keçirilib. İclasda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, baş direktorun müavinləri Ramiz İsgəndərov və Rauf Muradov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.

Seysmoloji Xidmət Mərkəzindən BAKU.NEWS-a verilən məlumata görə, layihə çərçivəsində Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə Azərbaycanda 22 yeni seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur. Bildirilib ki, hazırda dünya ölkələrində COVİD19 virusu ilə bağlı pandemiya vəziyyəti davam etdiyinə görə stansiyaların 2021-ci ilin yanvar ayının sonlarında Azərbaycana gətirilməsi nəzərdə tutulur. Müzakirələr zamanı yeni stansiyaların quraşdırılması üçün yerlərin seçilməsi, alınacaq cihazların parametrlərinə uyğun ilkin hazırlıq işlərinin aparılması və digər texniki məsələlərlə bağlı treninqlərin keçirilməsi qərara alınıb.

FACEBOOK ŞƏRH YAZ