• Dünya • Elm • Gündəm

Yer üzündə yeni okean yaranır

311
19-07-2020, 13:48

Alimlər gələcəkdə dünyada yeni okeanın meydana çıxmasının mümkünlüyü barədə xəbərdarlıq ediblər.

BAKU.NEWS xəbər verir ki, bu barədə “NBC News” telekanalı bildirib.

Tədqiqatçıların hesablamalarına görə, təxminən beş-on milyon il sonra – Afrikanın şərq hissəsində tektonik çat yaranacaq, buna görə də qitə iki hissəyə parçalanacaq.

Qitənin bu hissəsi Efiopiyanın Afar regionundadır, hansı ki, üç tektonik lövhənin birləşməsində yerləşir və bir-birindən yavaş-yavaş ayrılır. Regionda tektonik çat 2005-ci ildə yaranıb. Onun uzunluğu indi təxminən 56 kilometr təşkil edir.

“Bu, sizin Yer kürəsində kontinental riftin necə okean rifti olduğunu öyrənə biləcəyiniz yeganə yerdir”, – Böyük Britaniyanın Lids Universitetinin professoru Kristofer Mur qeyd edib.

Alimlər güman edirlər ki, təbii hadisə qalxan maqmaya görə artan təzyiqdən meydana gəlib. İndi onlar GPS-ın köməyi ilə tektonik lövhələrin hərəkətini izləyirlər.

FACEBOOK ŞƏRH YAZ