Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Ata Bank” ASC, “Amrah Bank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin 14,8 min əmanətçisinə qorunan əmanətlər üzrə “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 305,2 milyon manat kompensasiya ödəyib.
ADIF-dən BAKU.NEWS-a bildirilib ki, “Ata Bank” ASC və “Amrah Bank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə iyunun 1-dən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pulköçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.
Ləğv prosesində olan “AG Bank” ASC və “NBC Bank” ASC- nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə iyunun 16-dan başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.
Qeyd edək ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
• Maliyyə
• Sosial
• Gündəm
Bağlanmış 4 bankın əmanətçilərinə 305 milyon manatdan çox vəsait ödənilib

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
XİN-dən Minsk Qrupu həmsədrlərinin bəyanatına - Reaksiya
-
Erməni general ölüb
-
Sərbəst güləş yığmamızın Avropa çempionatı üçün heyəti
-
“Araz Supermarket” cərimələnib
-
Nigarın atası və anası koronavirusa yoluxub
-
Əhali 3 ayda 10 milyard manata yaxın pul xərcləyib
-
“Ermənistan nə özünə, nə də tarixinə güvənir”
-
ABŞ səfiri Rusiya XİN-ə çağırıldı
-
Son üç ayda nazirlik 150,7 min elektron arayış verib
-
Azərbaycanda COVID-19-dan ölənlərin sayı 4045 nəfərə çatıb
-
İndiyədək ölkədə 3068679 koronavirus testi aparılıb
-
Son sutkada 2317 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib