• İqtisadiyyat • Gündəm

Dövlət büdcəsində 292 mln. manatlıq profisit yaranıb

247
15-07-2020, 16:45

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 12 022,7 mln. manat, xərcləri isə 11 730,8 mln. manat təşkil edib.

BAKU.NEWS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Ötən ilin ilk yarısı ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 15,5%, xərcləri isə 7,1% artıb. Hesabat dövründə dövlət büdcəsində 291,9 mln. manatlıq profisit yaranıb. Halbuki ötən ilin yanvar-iyun aylarında dövlət büdcəsində 545,5 mln. manatlıq kəsir yaranmışdı.

FACEBOOK ŞƏRH YAZ