• Dünya • Turizm • Gündəm

Avropa İttifaqı parlamenti yaxşı viza tarixçəsinə malik turistlərin şengen vizası alması qaydalarına dəyişikliklər edib

287
20-04-2019, 13:49

Baku.News xəbər verir ki, Avropa İttifaqı parlamenti Avropa Komissiyasının yaxşı viza tarixçəsinə malik turistlərin şengen vizası alması qaydalarının dəyişdirilməsi üzrə təklifini qəbul edib.

Avropa Komissiyasının rəsmi portalında yerləşdirilən məlumatda deyilir ki, viza proseduraları daha asan olacaq. Bundan sonra turistlər planlaşdırılmış səfərdən maksimum 6 ay öncə viza üçün müraciət edə biləcək (indi bu müddət 3 aydır). Əksər hallarda bunu yaşadıqları ölkədən etmələri mümkün olacaq. Mümkün olan yerlərdə viza üçün elektron formada müraciət edilə biləcək.
Çox istifadəli vizalar bundan sonra yaxşı viza tarixinə malik turistlər üçün daha uzun müddətə - 1 ildən 5 ilə qədər veriləcək.

Yeni qaydalara görə, viza rejiminin asanlaşdırılması barədə sazişin imzalandığı ölkələrin vətəndaşları həmin sənəd üçün 40 avro ödəməli olacaq.

Dəyişikliklər 6 aydan sonra qüvvəyə minəcək.

Turizm sektoru Avropa İttifaqının iqtisadiyyatında mühüm yer tutur və ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Avropa Komissiyasında hesab edirlər ki, uzun və mürəkkəb viza proseduraları bu sektorun inkişafına mane olur və iqtisadiyyata neqativ təsir göstərir.

FACEBOOK ŞƏRH YAZ