• Turizm • Gündəm

Rusiyadan hara səyahət etmək daha sərfəlidir?

238
22-02-2019, 15:27

Mərkəzi qərargahı Şotlandiyada yerləşən “Skyscanner” şirkəti Rusiyadan 30 ölkəyə səyahətin neçəyə başa gəldiyini hesablayıb.
Bu 30 ölkə rusiyalılar üçün səyahətin daha ucuz başa gəldiyi ölkələrdir. Sözügedən ölkələr arasında Azərbaycan yoxdur.
Baku.News-ın məlumatına görə, “Skyscanner” şirkətinin ekspertləri hesablama zamanı meyar kimi bir ölkəyə iki nəfərin iki həftəlik səyahət xərclərini götürüblər. Bura əsasən ikitərəfli biletə, otel və ya kirayə mənzilə, kafe və restoranlarda qidalanmaya, nəqliyyat və əyləncəyə çəkilən xərclər daxildir.
Aydın olub ki, rusiyalılar üçün maliyyə baxımından ən sərfəlisi Belarus, Moldova, Ermənistan, Gürcüstan və Hindistana səyahət etməkdir.
Gürcüstana iki nəfərin iki həftəlik səfəri 1562 ABŞ dollarına, Hindistana səfər isə 1594 dollara başa gəlir.
Eyni şərtlərlə Mərakeşə səfər etmək üçün 1962 dollar xərclənməlidir.
Digər nəticələr belədir: Vyetnama səfər – 1980 dollar, Şri-Lanka – 2072 dollar, İndoneziya – 2201 dollar, Tailand – 2266 dollar, Tunis – 2400 dollar, Tanzaniya – 2704 dollar.

FACEBOOK ŞƏRH YAZ