• Gündəm • Bölgə • Hərbi

Ombudsman həlak olan mülki şəxsin evinə getdi - FOTOLAR

14-07-2020, 18:12

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Ermənistan Silahlı Qüvvələrinin artilleriya atəşinə tutduğu Tovuz rayonunun Ağdam kəndində olub.

BAKU.NEWS xəbər verir ki, Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, Ombudsman artilleriya atəşi nəticəsində həlak olan mülki şəxs, Ağdam kənd sakini, 76 yaşlı Əzizov Əziz İzzət oğlunun evinə baş çəkib. S. Əliyeva bildirib ki, Ermənistan Azərbaycana qarşı növbəti təcavüz aktı törədib.

Baş verənlərlə bağlı monitorinq aparmaq üçün Tovuza gəldiklərini deyən Ombudsman mülki əhaliyə qarşı təcavüz törədildiyini vurğulayıb. O, toplanmış fakt və materiallar əsasında geniş hesabatı hazırlayaraq, beynəlxalq təşkilatlara göndərəcəklərini bildirib. Ombudsman Ermənistan Silahlı Qüvvələrinin təcavüz aktı nəticəsində Ağdam kəndinin sakini Əziz Əzizovun qətlə yetirildiyini diqqətə çatdırıb.

S. Əliyevanın sözlərinə görə, əlil olan, ahıl yaşlı Əziz Əzizov axşam yeməyinə hazırlaşarkən Ermənistan Silahlı Qüvvələrinin artilleriya atəşi ilə qətlə yetirilib: “Ahıl yaşlı Əziz Əzizov yeməyə hazırlaşarkən bu faciə baş verib. Çörək masanın üstündə qalıb”.

FACEBOOK ŞƏRH YAZ