• Siyasət • Qarabağ • Gündəm

Həmsədrlər cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydılar

167
13-07-2020, 20:03

ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov, Stefan Viskonti, Endryu Şofer) Ermənistan-Azərbaycan sərhədində baş verən son toqquşmalarla bağlı birgə bəyanatla çıxış ediblər.

BAKU.NEWS xəbər verir ki, bəyanatda deyilir: 

"Ermənistan və Azərbaycan Müdafiə nazirliklərinin məlumatına görə, 12-13 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin ciddi pozulması baş verib və bu da itkilərə səbəb olub. Bildirilir ki, hər iki tərəfə məxsus qüvvələr müxtəlif kalibrli artilleriyadan istifadə edib.

Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik itkilərə görə təəssüflənir, ölənlərin ailələrinə başsağlığı verirlər. Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi insident başlayandan bəri Ermənistan və Azərbaycan rəsmiləri ilə birbaşa əlaqədə olublar.

Tərəflər döyüşün başlamasında bir-birlərini ittiham edirlər. Minsk Qrupunun həmsədrləri atəşkəsin pozulmasını qınayır və gərginliyin artmaması üçün tərəfləri birbaşa rabitə kanallarından istifadə yolu daxil olmaqla lazımi tədbirləri görməyə çağırır".

Həmsədrlər Yerevan və Bakını əsaslı danışıqları davam etdirməyə və müşahidəçiləri yenidən qəbul etməyə də çağırıblar.

“Minsk Qrupunun həmsədrləri tərəfləri tezliklə danışıqları bərpa etməyə çağırır, ATƏT müşahidəçilərinin vəziyyət əl verən kimi regiona qayıtmalarının vacibliyini qeyd edir”, - deyə bəyanatda bildirilir.

FACEBOOK ŞƏRH YAZ